Qazaxda 1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü qeyd olundu

    29 iyul 2022-ci il tarixdə YAP Qazax rayon təşkilatı 1 avqust -  Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə tədbir keçirdi. Bu məqsədlə rayon təşkilatının Aparat işçiləri və fəalları Qazax rayon Mərkəzi Kitabxanasında oldular. 
    İlk öncə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün təmin olunması uğrunda canlarından keçmiş müqəddəs şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 
   Tədbirdə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev çıxış edərək ulu babalardan bizlərə miras qalmış ən qiymətli milli sərvətimiz olan ana dilimiz haqqında, Ümummilli Lider Heydər Əliyevin və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dilimizin inkişafı, zənginləşməsi və saflaşması ilə bağlı gördükləri işlərdən, imzaladıqları fərman və sərəncamlardan ətraflı danışdı. 
    Tədbirdə partiya fəallarından Polad Ağakişiyev, İsgəndər Qurbanov, şairə Gülsənəm Cəlilli, kitabxana işçisi İradə Hacıyeva, neftçi şair Zaməddin Ziyadoğlu çıxış etdilər və ana dilimizlə bağlı öz fikirlərini bölüşdülər.


Tarix: 29-07-2022, 16:38 Oxunub: 324


Bölməyə aid digər xəbərlər


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031