Media.Az yeddi yaşını qeyd edir

Bu gün Media.Az xəbər portalının yeddi yaşı olur.

 "Global Media Group"a daxil olan portal 2018-ci il martın 1-də fəaliyyətə başlayıb və qısa müddətdə geniş oxucu auditoriyası qazanıb.

Portal 24 saat fəaliyyət göstərir və oxucularına rus dilində operativ, dolğun xəbərlər, analitik məqalələr, foto və videoreportajlar, müsahibələr təqdim edir.

Aktual mövzulara peşəkar yanaşması və sosial şəbəkə platformalarında aktiv fəaliyyəti sayəsində sayt bu gün Azərbaycan media məkanında özünəməxsus yer tutur.

Media.Az-ın direktoru və baş redaktoru Cəmilə Ələkbərova deyir ki, hadisələrin operativ və obyektiv işıqlandırılması onlar üçün daim vacib şərtlərdəndir:

"Oxucularımızın tələblərini nəzərə alaraq, saytımızda xəbərlərlə yanaşı, analitik materiallar və maraqlı müsahibələr də yer alır. Qarşıda bizi çoxlu yeni layihələr və ideyalar gözləyir".

Biz də  ATİA.AZ  saytı olaraq bu yolda həmkarlarımıza uğurlar arzulayırıq!

Daha ətraflı videosüjetdə:


Tarix: 1-03-2025, 13:18 Oxunub: 752


Bölməyə aid digər xəbərlər


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031