1912-ci ilin bu günü "Piltdaun adamı" deyilən məşhur kəllə sümüyü aşkarlanıb. Bu kəllə sümüyü XX əsrin əvvəllərində təkamül elminin ən məşhur fırıldaqlarından biri kimi tarixə düşüb.
İngiltərənin Piltdaun adlı bölgəsində həvəskar paleontoloq Çarlz Douson insanabənzər bir fosil kəşf etdiyini bildirib. Onun tapıntısı və iddiaları o qədər həyəcan doğurmuşdu ki, aşkarladığı yeni insan növünə "Dousonun şəfəq adamı" mənasına gələn ad da qoymuşdular. İngiltərədə tapılan bu kəllə sümüyünü uzun müddət təkamülün "itmiş halqası" adlandırıblar.
Lakin 1953-cü ildə aparılan ətraflı araşdırmalar nəticəsində "Piltdaun adamı"nın əslində oranqutan çənə sümüyü və modern insan kəlləsinin birləşdirilməsi ilə yaradılan saxtakarlıq elementi olduğu ortaya çıxıb. Bu saxtakarlıq elm dünyasında böyük şok effekti yaratdı və insan təkamülü ilə bağlı anlayışa – Darvin nəzəriyyəsinə böyük ölçüdə mənfi təsir göstərdi. "Piltdaun adamı" tarixdə elm aləminin ən böyük fırıldaqlarından biri kimi yer alıb.
Bölməyə aid digər xəbərlər