Qazax Dövlət Dram Teatrı Qazaxıstana qastrol səfərinə gedib

      Qazax Dövlət Dram Teatrı oktyabrın 30-da Qazaxıstanın Astana şəhərində keçiriləcək "TEATR ALL” III Beynəlxalq Teatr Festivalında iştirak etmək üçün qastrol səfərinə yola düşüb.
Festival çərçivəsində teatr yazıçı, dramaturq Roza Mukanovanın eyniadlı tragikomediyası əsasında hazıladığı "Çadır altında - mən” tamaşası ilə noyabrın 3-ü saat 11:00-da M.Qorki adına Qazaxıstan Dövlət Akademik Rus Dram Teatrında çıxış edəcək. 


Tamaşanın quruluşçu rejissoru əməkdar artist Musa Eyyubov, quruluşçu rəssamı Aysan Omarova,  musiqi tərtibatçısı Vahid Bayramovdur. 

"TEATR ALL” III Beynəlxalq Teatr Festivalı Abay Dövlət Mükafatı laureatı, Qazaxstanın istedadlı rəqqası, caz artisti, yazıçı, dramaturq, əməkdar incəsənət xadimi Roza Mukanovanın 60 illik yubileyinə həsr olunub. 

Festivalda Qazax Dövlət Dram Teatrı ilə yanaşı, Qazaxıstan, Qırğızıstan respublikalarının müxtəlif teatrları iştirak edir. 


Tarix: 30-10-2024, 11:31 Oxunub: 49


Bölməyə aid digər xəbərlər
10-03-2022, 12:38 Bu gün Milli Teatr Günüdür
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı