Autizmli gənclər dəb sərgisində

Mayın 3-də Gənclik Mall-da qeyri kommersiya təşkilatı olan “Birgə və Sağlam” İctimai Birliyi, Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyası (AFRA) və PAŞA Malls-ın birgə təşkilatçılığı ilə autizmli şəxslər üçün tədbir keçirilib.

Tədbir çərçivəsində autizmli gənclər üçün konsert  və əyləncə proqramı təşkil edilib, həmçinin gənclərimiz tərəfindən qonaqlara dəb sərgisi nümayiş olunub. Tədbir çərçivəsində autizmli gənclərdən ibarət “Mavi Ürəklər” Xor və Ritm qrupunun musiqili çıxışları qonaqlara təqdim olunub. 

Qeyd edək ki, tədbirin məqsədi autizmli şəxslərin cəmiyyətə qazandırılması, onların cəmiyyətə inteqrasiyasına dəstək olmaqdır.


Tarix: 7-05-2024, 11:23 Oxunub: 318


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031