Bələdiyyə sədrinin müavini 30 min manatdan çox pul mənimsəyib - RƏSMİ


Quba rayonu, Timiryazev bələdiyyəsinin sabiq sədr müavini Mahir Bayramovun cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Prokurorluqdan  verilən məlumata görə, Mahir Bayramov işlədiyi dövrdə ayrı-ayrı şəxslərə Timiryazev qəsəbəsi ərazisində olmaqla bələdiyyə mülkiyyətində olan torpaq sahələrini onların xüsusi mülkiyyətinə və icarəsinə verilməsinə köməklik edəcəyi barədə yalan vədlər verib.
Bu yolla, ümumilikdə, 30 min 500 manat məbləğində pul vəsaitini ələ keçirərək vəzifəli şəxslərə vermək adı ilə vətəndaşı rüşvət verməyə təhrik etməsinə, həmçinin xüsusi mülkiyyətdə olan torpaq sahəsində qanunsuz tikinti işləri aparmasına əsaslı şübhələr müəyyən edilib.
Mahir Bayramov Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 ( xeyli miqdarda dələduzluq) və digər maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilib.
İstintaq zamanı zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın qismən ödənilməsi təmin edilib. Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

KONKRET.az


Tarix: 22-11-2021, 17:20 Oxunub: 322


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930