Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda şahid qismində BSU-nun tələbəsi Şəhanə İbrahimova ifadə verib.
O deyib ki, universitetdə təhsil almaq üçün D.Əliyevaya 4 min manat pul verib: “Bir müddət sonra isə mənə universitetdən bildirildi ki, ora 2 min manat ödəniş borcum var. Universitetdə təhsil almaq üçün ilk olaraq Dürdanə Əliyeva ilə görüşdüm. Mənə söylədi ki, burada iki illik təhsil almaq üçün üç illik ödəniş etməliyəm. Ondan səbəbini soruşdum. Dedi ki, burada bələdir”.
Daha sonra şahid qismində BSU-nun digər tələbəsi Rauf Həsənov dindirilib. O bildirib ki, D.Əliyevaya universitetdə təhsil alması üçün 2 min manat pul verib.
R.Həsənov ona dəymiş 2 min manat məbləğində ziyanın təqsirləndirilən şəxs tərəfindən ödənilməsini istəyib.
Proses noyabrın 1-də davam etdiriləcək.
Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində araşdırma aparılıb.
Dürdanə Əliyevanın qanunsuz əməllər törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.
“Report”
Bölməyə aid digər xəbərlər
« Ноябрь 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Пн | Вт | Ср | Чт | Пт | Сб | Вс |
1 | 2 | 3 | ||||
4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
25 | 26 | 27 | 28 | 29 | 30 |