11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Maşını satışa qoyması başına bəla oldu

Avtomobilini elan saytında satışa qoyan şəxsin 17 min manatdan çox pulu mənimsənilib. O, naməlum şəxslər tərəfindən kiberdələduzluğa məruz qalıb. Hadisə Cəbrayıl rayon sakini Malik Əsədovun başına gəlib.

Məlumata görə, kiberdələduzlar bununla da kifayətlənməyiblər. Zərərçəkmiş iddia edir ki, onlar həmin kart vasitəsilə banka onlayn müraciət edib, adına kredit rəsmiləşdirib, bu dəfə külli miqdarda pulu mənimsəyiblər.

Malik Əsədovun səsləndirdiyi iddia, yəni onun xəbəri olmadan adına kreditin açılması ilə bağlı bankdan bildiriblər ki, kart məlumatları əsasında onlayn formada banka müraciət edilib və bu formada kreditin götürülməsi mümkün olduğu deyilib. Onun sözlərinə görə, dərhal '”102” xidmətinə məlumat verib.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, zərərçəkənin kibercinayətkarlığa məruz qalması ilə bağlı Füzuli rayon polis şöbəsinə etdiyi müraciət əsasında cinayət işi başlanıb. 


Tarix: 4-09-2024, 13:32 Oxunub: 214


Bölməyə aid digər xəbərlər
13-02-2021, 12:10 Oqtay Əsədov həbs edilir?
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı