Dünən gecə qətlə yetirilən 31 yaşlı Rasimin fotosu

İyunun 28-də saat 00:30 radələrində paytaxtın Sabunçu rayonu ərazisində 1993-cü il təvəllüdlü Rasim Əhmədov tanışı tərəfindən qətlə yetirilib. Qətlə yetirilmiş 31 yaşlı Rasimin fotosunu təqdim edirik.

İlkin araşdırma zamanı 1987-ci il təvəllüdlü Vüqar Əliyevin aralarında yaranmış mübahisə zamanı tanışı Rasim Əhmədova küt alətlə xəsarət yetirməsi və sonuncunun xəstəxanaya aparılarkən yolda ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Vüqar Əliyev iş üzrə şübhəli şəxs qismində tutulub.


Tarix: 29-06-2024, 11:49 Oxunub: 355


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31