Mübahisə zamanı tanışını öldürdü – CİNAYƏT İŞİ

      Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.
      Bu barədə Sabunçu rayon prokurorluğu məlumat yayıb.

      Aprelin 20-də saat 8 radələrində paytaxtın Sabunçu rayonu ərazisində 1990-cı il təvəllüdlü Etibar Salamzadənin almış olduğu kəsilmiş-deşilmiş xəsarətdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
     Araşdırmalarla 1985-ci il təvəllüdlü Elşən Məmmədovun rayonun Bakıxanov qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı tanışı Etibar Salamzadəyə bıçaqla xəsarət yetirməsi və sonuncunun həmin xəsarət nəticəsində müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Elşən Məmmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.
     İbtidai istintaq davam etdirilir.

Nocomment.az


Tarix: 20-04-2024, 11:25 Oxunub: 345


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930