11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Yeyib-içəndən sonra qonşusunu amansızlıqla öldürmüşdü - 18 il həbs verildi

Ötən il dekabrın 7-nə keçən gecə Ağdaş şəhərində qonşusu 1968-ci il təvəllüdlü Araz Hacıyevi qətlə yetirən 51 yaşlı Rövşən Rüstəmliyə hökm oxunub.

Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə R.Rüstəmli Cinayət Məcəlləsinin 120.2.4 və 221.1-ci (Xüsusi amansızlıqla adam öldürmə və xuliqanlıq) maddələri ilə təqsirli bilinib.

Məlum olub ki, hadisədən əvvəl Rövşən qonşusu Araz və digər iki şəxslə yaşadığı mənzildə məclis qurub və onlar spirtli içki qəbul ediblər. Bundan sonra Araz Hacıyev məclisi tərk edərək evinə gedib. Rövşən isə masanın üzərinə 70-80 manat pul qoyduğunu bildirərək həmin vəsaitin Araz tərəfindən oğurlandığını iddia edib. O, Arazın yaşadığı evin hasarından həyətə tullanaraq qonşusunun yatdığı otağa daxil olub. Rövşən Araza bıçaqla çoxsaylı zərbələr endirərkən bıçaq qırılıb, daha sonra o, əlinə keçən qayçı ilə qonşusuna ağır zərbələr endirməyə davam edib. Ümumilikdə 39 kəsilmiş-deşilmiş xəsarət alan A.Hacıyev oradaca ölüb. Hadisə vaxtı onun oğlu və həyat yoldaşı evdə olsalar da qorxularından Rövşənə yaxınlaşa bilməyiblər.

Məhkəmənin hökmü ilə qonşusunu amansızlıqla qətlə yetirən R.Rüstəmliyə 18 il həbs cəzası verilib.


Tarix: 31-05-2024, 11:57 Oxunub: 877


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı