“Coffeeshop”larda valideynləri olmayan 14-15 yaşlı uşaqlar çalışır”

“Bakıda son zamanlar yeni yaradılan çox sayda “coffeeshop”larda 14-15 yaşlı uşaqlar çalışır”. Bunu deputat Naqif Həmzəyev parlamentdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatın müzakirəsi zamanı çıxışında deyib. 

O bildirib ki, əksər “coffeeshop”larda vəziyyət eynidir: “Sahibkara yaxınlaşıb bunun səbəbini soruşanda həmin uşaqların valideynlərinin olmadığını və yardım üçün bunu etdiyini dedi. Bu məsələlərin həlli yolları tapılmalıdır. Hətta Bakıda kütləvi yerlərdə uşaqlar vasitəsilə lotoreyaların satışı da təşkil edilir. Bu da yaxşı hal deyil. Bir tərəfdən problemlərin həll olunduğunu görsək də, digər tərəfdən başqa məsələlər ortaya çıxır”.

Millət vəkili əlavə edib ki, bu cür cinayətlərə qarşı sosial şəbəkələrin fəaliyyətinə diqqətlə yanaşmaq lazımdır: “Sosial şəbəkələrin fəaliyyətinə fərqli yanaşmalıyıq. Müəyyən etmək olmur, qarşıdakı real istifadəçidir, yoxsa yox. Çox dərinə getmək istəmirəm... Yəqin ki, anlayırsınız nə deyirəm. Biz birgə bu sahədə qanunvericilik tərəflərini gücləndirməliyik. Vətəndaşları sosial şəbəkələrdən şəxsiyyət vəsiqələri ilə istifadəyə məcbur etməliyik. Əks təqdirdə, bu məsələlərdə irəliləyiş əldə olunmayacaq”.


Tarix: 17-05-2024, 12:23 Oxunub: 199


Bölməyə aid digər xəbərlər
13-02-2021, 12:10 Oqtay Əsədov həbs edilir?


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930