Şəmkirdə 7-ci sinif şagirdi bıçaqlandı

    Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib. Hadisə rayonun Abbaslı kəndində qeydə alınıb. Belə ki, yeddinci sinif şagirdi olan 2010-cu il təvəllüdlü M.Qasımov bıçaq xəsarəti ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Məktəbli daha sonra Gəncədə yerləşən xəstəxanaların birinə aparılıb.
   Yaralının yaxınlarının dediyinə görə, hadisə M.Qasımov məktəbdən qayıdan zaman baş verib. Onu tanımadığı şəxs bıçaqlayıb.
   Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2010-cu il təvəllüdlü M.Qasımovu bıçaqlamaqda şübhəli bilinən Ü.Mehdiyev şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı araşdırma davam etdirilir.


Tarix: 28-03-2024, 08:54 Oxunub: 675


Bölməyə aid digər xəbərlər


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031