Bu şəxslər 3 000 manatadək məbləğdə CƏRİMƏLƏNƏCƏK



Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında qanunvericiliyin pozulmasına görə cərimələr ikiqat artırılır.
 
Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, Məcəllənin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadan yoxlamanın aparılmasına görə vəzifəli şəxslər 2 000 manatdan 3 000 manatadək məbləğdə cərimə ediləcək.
Məcəllənin hazırkı bəndinə əsasən isə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadan yoxlamanın aparılmasına görə vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə cərimə edilir.
Müzakirələrdən sonra dəyişikliklər səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.


Tarix: 2-12-2022, 14:05 Oxunub: 294


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930