21:37 / 20-09-2024
15 yaşlı oğlan bıçaqlandı
Azərbaycanda yeni cərimələr TƏTBİQ OLUNACAQ



Qaz qurğuları və qaz xətlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmət qaydalarının pozulmasına görə cərimələr müəyyən edilir.
ATİA.AZ  xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, qeyd olunan pozuntuya görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə ediləcək.
Qüvvədə olan Məcəlləyə əsasən isə qaz təchizatı üzərində nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələblərinin yerinə yetirilməməsinə görə, fiziki şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
Dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq ilk oxunuşda qəbul edilib.


Tarix: 1-02-2022, 13:48 Oxunub: 143


Bölməyə aid digər xəbərlər