13:17 / 02-12-2024
Sabah hava necə olacaq?
Rus ekspert İrəvanın “fosfor” iddiasını darmadağın etdi - Foto

Dünyanın müxtəlif nöqtələrində hərbi konfliktlərin alovlanması zamanı jurnalistlər qəribə daimiliklə bir daha “fosfor” (Phosphorus) adlı “stüardessanı” qazıb tapırlar. Hazırkı Dağlıq Qarabağ konflikti də istisna deyil.
QanunXəbər.com xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert, ehtiyatda olan polkovnik Viktor Muraxovski deyib.
Onun sözlərinə görə, geniş yayılmış inamın əksinə olaraq, müasir alovlandırcı döyüş sursatlarında fosfor (ağ və ya qırmızı) istifadə edilmir:
“Utilitar səbəbdən: fosforun yanma temperaturu 1000 dərəcədən çox deyil. Müqayisə üçün, termit qarışıqlarının (alüminium + dəmir oksidi) yanma temperaturu 2500 dərəcədir. SSRİ-də, hazırda Rusiyada alovlandırıcı döyüş sursatında yanma temperaturu 2500 dərəcəyə qədər olan OM ailəsinin (OM-12, 125, 419 və başqaları) metallar əlavə edilmiş pirogelləri istifadə olunur. Fosfor alüminium və maqnezium oksidlərin, borium nitratın tələb olunduğu sursatların işıqlandırılmasında da istifadə edilmir. Fosfor tez-tez tüstü pərdələrinin maskalanmasında, tüstü effekti yaratmaq üçün istifadə olunur. Tipik nümunələri ABŞ-ın 155 mm-lik M110, M825 tüstü mərmiləridir. Onlar 70-dən çox ölkənin arsenalında var. Tüstü elementləri ağ fosfordandır, seqmentlər şəklində hazırlanır və künc istiqamətverici əsaslara (hər korpusda 3-5 əsas, 70-140 tüstü elementi var) yerləşdirilir”.
Ekspert bildirib ki, Rusiyada (SSRİ-də) tüstü döyüş sursatlarında fosfordan istifadə edilməyib. Rusiyada iki növ tüstü əmələ gətirən birləşmələrdən istifadə edilib:
“1. Antrasen + kalium xlorat + ammonium xlorid;
2. Titan-maqnezium tozu + alüminium tozu + heksaxloretan + kükürd.
Həm də vurğulamaq lazımdır ki, hərbi əməliyyatlarda ağ/qırmızı fosforun istifadəsinə dair xüsusi qadağalar yoxdur. Dağlıq Qarabağdan yayılan görüntülərdə tipik bir alovlandırıcı sursatın (böyük ehtimalla pirogel ilə) təsirini görürük, içərisində fosfor yoxdur”.


Tarix: 1-11-2020, 22:16 Oxunub: 236


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı