Azərbaycanda şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR



İyun ayında şadlıq saraylarında sifarişlərin sayında 63% artım qeydə alınıb.
 
Bu  barədə  İqtisadi  və Sosial  İnkişaf  Mərkəzindən (CESD) məlumat verilib.
Mərkəz eyni zamanda qeyd olunan müddətdə qiymət və keyfiyyət üzrə monitorinq aparıb. CESD-nin monitorinqinə görə, iyun ayında toy və şənliklərin sayının azalmasına baxmayaraq, menyuların qiyməti orta hesabla 5 faiz bahalaşıb.
40 manatadək olan menyularda qiymət artımları 3 faiz, 40-80 manat arasındakı menyularda 5 faiz, 80 manatdan yüksək qiymət təklif edilən menyularda isə artım 7 faiz olub.
Eyni zamanda, monitorinqlər xidmət keyfiyyətinin azalmasını müşahidə edib. Belə ki, ötən müddətdə xidmətçilərin sayında müşahidə edilən azalma xidmət keyfiyyətinin aşağı düşməsinə səbəb olub.

 Trend


Tarix: 13-07-2022, 13:56 Oxunub: 235


Bölməyə aid digər xəbərlər


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031