Əmək Məcəlləsində YENİLİK



Əmək Məcəlləsində müharibə veteranlarına müəyyən güzəştlərin edilməsi üçün bir sıra dəyişikliklər təklif edilib.
 
Bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov “Facebook”da yayımlanan “Sosial saat”da deyib.
O bildirib ki, Məcəllədə veteranlar üçün bəzi imtiyazlar da nəzərdə tutulur:
“İşəgötürənlər ixtisar zamanı eyni peşə xüsusiyyətlərinə malik şəxslərin seçimi zamanı müharibə iştirakçılarına üstünlük verməlidir. Eyni zamanda ödənişsiz məzuniyyətin verilməli olduğu hallar da müəyyən edilib. Bilirik ki, əmək məzuniyyətindən istifadə növbəlilik prinsipi ilə olur. Lakin Əmək Məcəlləsinin 130-cu maddəsində müharibə veteranlarına məzuniyyətin verilməsinin növbədənkənar olması hüququ müəyyən edilib. “Veteranlar haqqında” qanunun 3-cü maddəsində “müharibə veteranı” anlayışı verilib. Həmin anlayışa əsasən, kimlər ki müharibə veteranı sayılır, bu güzəştlər onların hər birinə şamil ediləcək”.


Tarix: 11-02-2022, 15:08 Oxunub: 293


Bölməyə aid digər xəbərlər


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031