“Bu günə qədər Azərbaycanda 67 əfvetmə haqqında sərəncam imzalanıb ki, bu da 8774 nəfərə şamil edilib. Ölkə başçısı Prezident İlham Əliyev tərəfindən 35 əfv sərəncamı imzalanıb ki, bu da 5 672 nəfərə şamil olunub”.
Atia.az xəbər verir ki, bu fikirləri Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova 8 Noyabr – Zəfər Günü münasibətilə elan olunan Amnistiya Aktına həsr edilən “Dövlətimizin humanist siyasətinin növbəti təzahürü” mövzusunda KİV-lərin iştirakı ilə keçirilən “dəyirmi masa”da çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən Amnistiya Aktları nəticəsində minlərlə ailəyə sevinc bəxş edilib: “Bu günə qədər həyata keçirilən 11 Amnistiya Aktı 11 7770 şəxsə şamil edilib. Prezident İlham Əliyevin hakimiyyəti dövründə, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 4 Amnistiya Aktı 40 412 nəfərə şamil olunub. Zəfər Günü münasibətilə elan olunan amnistiya dövlətin hümanist siyasətinin təzahürüdür”.
Bölməyə aid digər xəbərlər

« Июнь 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Пн | Вт | Ср | Чт | Пт | Сб | Вс |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 |