Həftədə cəmi 3 gün işləməyə imkan verəcək sistem gəlir

Türkiyə iş həyatında aktiv olmayanlar üçün yeni bir iş modeli müzakirə edir. Xüsusilə universitet yaşlı tələbələr və evdar qadınlar üçün nəzərdə tutulacaq bu yeni model üçün hökumət qollarını çırmalayıb.

Bu barədə haberler.com məlumat yayıb.

Gələn ay dəqiqləşdiriləcək model çərçivəsində təxminən 60 min universitet tələbəsi təhsil və kitabxanaçılıq kimi işlərdə çalışacaq. İş saatlarının həftədə 3 günlə məhdudlaşdırılacağı modeldə alınacaq maaş 15 min TLə çatacaq.

Eyni maaşla evdar qadınlar da evdən işləyərək iş həyatında yer qazanacaqlar. Show Haber-in xəbərinə görə, yeni iş modelinin məqsədi iş həyatından kənarda qalanların büdcəsinə qatqı təmin etməklə yanaşı, məşğulluğa töhfə verməkdir. Bu çərçivədə minlərlə universitet tələbəsi ağac əkmə, təhsil, xəstə baxımı və kitabxanaçılıq sahələrində işlə təmin olunacaq. Evdar xanımlara evdən işləmək imkanı təklif olunacaq. Onların hansı iş sahələrində işləyəcəkləri hələ bəlli deyil, ancaq universitet tələbələri ilə eyni maaşı, yəni 15 min lirəni alacaqlar.

İş müddətinin 10 aya qədər məhdudlaşdırılacağı gözlənilir. Prezident Ərdoğanın gələn həftə bütün detalları açıqlaması gözlənilir.

Tarix: 22-01-2025, 17:09 Oxunub: 2 126


Bölməyə aid digər xəbərlər


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031