Zabit Səmədov idmançı karyerasını qələbə ilə başa vurdu...

    Azərbaycanlı kikboksçu Zabit Səmədov peşəkar karyerasını başa vurub.
“Mauqli” ləqəbli kikboksçu braziliyalı sabiq UFC idmançısı Antonio Silvanı 1-ci raundda nokauta salmaqla kəmərə sahib olub.
Bununla da Zabit Səmədov karyerasını bitirib.
    O, son söz alaraq təşkilatçılara təşəkkürünü bildirib: “Güc birlikdədir. Azərbaycanda – Vətəndə karyeramın son döyüşünü keçirdiyim üçün şadam. 24 ildir ki, döyüşürəm. Artıq karyeramı bitirirəm”.
     Qeyd edək ki, 38 yaşlı Zabit Səmədov karyerası ərzində 113 döyüş keçirib. O bunlardan 103-də qalib gəlib. Bu qələbələrdən 38-i nokautla qeydə alınıb.



Tarix: 11-09-2022, 06:29 Oxunub: 721


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31