Rafael Ağayev 6 il əvvəlki nokautun qisasını belə aldı ...

Azərbaycanın beşqat dünya və on bir dəfə Avropa çempionu Rafael Ağayev "Karate Combat" turnirində üçüncü döyüşünü keçirib. Onun budəfəki rəqibi prinsipiallığı ilə əvvəlki iki rəqibindən daha üstün idi.
   Belə ki, "Karate Combat"da Rafaelə rəqib olan Deyvi Dona 2016-cı ildə idmançımızı Parisdə qaydalara zidd zərbəsi ilə nokauta salması ilə yadda qalmışdı. Onun bu hərəkəti qanundankənar olduğu üçün öz azarkeşlərinin gözü önündə tatamidən qovulmuşdu.
Lakin iyunun 25-də ABŞ-ın Orlando şəhərində baş tutan döyüşdə Rafael Ağayev rəqibinə yerini göstərməklə yanaşı, ondan 6 il əvvəlki zərbəsinin də əvəzini çıxıb. Dünya çempionumuz qaydalara meydan oxuyan bu döyüşdə rəqibinə tam üstünlüklə (3:0) qalib gələrək, "Karate Combat"da ardıcıl üçüncü döyüşünü də qələbə ilə başa vurub.


Qeyd edək ki, karatedən fərqli olaraq "Karate Combat"da kontakt zərbəyə icazə verilir.




Tarix: 28-06-2022, 07:57 Oxunub: 497


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930