"Təkcə Çexiyada yaxşı oyun göstərmək qalır" - Qurban Qurbanov



"Hər şey yolunda və qaydasındadır. Təkcə bizə cavab qarşılaşmasında yaxşı oyun göstərmək qalır".
Bunu  "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Viktoriya" (Plzen) komandasına qarşı UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu üçün Çexiyaya yollanmamışdan əvvəl Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.
50 yaşlı mütəxəssis komandada əhval-ruhiyyənin yaxşı olduğunu bildirib: "Hazırlığımız pis alınmayıb. "Turan Tovuz"la Premyer Liqanın III turundakı matç təxirə salınmışdı. Görüşə daha rahat hazırlaşmaq imkanımız olub. Amma yenə də vaxtımız az idi. Hər halda proqramımızda dəyişiklik etdik. Biz daha çox iki gün əvvəl səfərə çıxırıq. Amma bu dəfə bir gün əvvəl Çexiyaya yollanırıq. Əlavə məşqə də ehtiyacımız var idi. Bu səbəbdən belə addım atdıq".
Qeyd edək ki, avqustun 23-də keçiriləcək "Viktoriya" - "Qarabağ" matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq. Tofiq Bəhramov adına Respublika stadionundakı ilk görüşdə hesab açılmayıb.
report


Tarix: 22-08-2022, 08:26 Oxunub: 425


Bölməyə aid digər xəbərlər


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031