Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılacaq.
Bakı vaxtı ilə saat 16:00-da başlayacaq tədbirdə Azərbaycanın turnirdəki yeganə təmsilçisi “Neftçi”nin də rəqibi bəlli olacaq.
“Ağ-qaralar” III təsnifat mərhələsində Avstriyanın “Rapid” (Vyana) komandasını üstələyəcəyi təqdirdə, səpələnməmişlər səbətində yer alacaq.
Potensial rəqiblər isə Fransanın “Nitsa” komandası, “Hayduk” (Split, Xorvatiya) / “Vitoriya” (Portuqaliya) cütünün qalibi, “Vaduts” (Lixtenşteyn) / “Konyaspor” (Türkiyə) cütünün qalibi və “Vikinq” (Norveç) / “Sliqo Rovers” (İrlandiya) cütünün qalibi olacaq.
Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunu avqustun 18-də, cavab matçı isə avqustun 25-də matçı keçiriləcək. “Neftçi”nin “Rapid”lə ilk görüşü avqustun 4-də evdə, cavab qarşılaşması avqustun 11-də səfərdə olacaq.
Bölməyə aid digər xəbərlər