11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Əməkdar idman ustası İsrafil Məmmədov saytımıza müraciət ünvanlamışdır...

Azərbaycanın Xalq Pəhləvanı, Ağır Atletikanın 3 növçülüyü üzrə Azərbaycan, Avropa və Dünya Çempionu, Əməkdar İdman Ustası  İsrafil Məmmədov ATİA.AZ saytına müraciət ünvanlamışdır. Müraciəti olduğu kimi diqqətinizə çatdırırıq:

   "Qazax rayonu həmişə ziyalıları və idmançıları , pəhləvanlarıyla tanılıb. Məni taniyanlar bilir ki, Mən 1993-cü  ildən  bu günə kimi qədim el sənəti olan Pəhləvanlıq sənətinin davamçısıyam, rayon, respublika tədbirlərində  sənətim üzrə çıxışlar edirəm.
 Cənab Prezidentimizin göstərişi ilə bizim Pəhləvan kollektivimizə 2005-ci  ildə  "Xalq Pəhləvan Kolektivi" adı verilmisdır. 
Buna baxmayaraq təəssuf ki,   Qazax rayon Mədəniyyət evinin məsləhətçisi Valeh Vəliyev bizim kollektivi bizə məlumat vermədən ləğv etmişdir. 


 Mən Mədəniyyət  və Turizm Naziri cənab Anar Kərimova müraciət edərək  Qazax rayon Mədəniyyət evinə Qədim el sənəti olan Pəhləvanlıq sənətini davam etmək ücün  göstəriş verməyni  xahiş edirəm. Dövlətmiz,  Prezidentimiz Cənab İlham Əliyev  və Vitce Prezidentimiz Mehriban xanım Əliyeva   həmişə Qədim el sənətinin inkişafı ücün təkanlar verdiyi halda Valeh kimi məmurlar sanki bilərəkdən öz şəxsi mənafeyinə görə bu göstərişlərə məhəl qoymur. Belə məmurlara nə ad vermək olar?? Xahiş edirəm saytınız vasitəsilə mənim fikirlərimi Cənab Prezidentə və digər aidiyyati QURUMLARa çatdirasınız.
 Hörmətlə: Azərbaycan, Avropa və Dünya Çempionu İsrafil Məmmədov"


Tarix: 31-01-2022, 19:20 Oxunub: 1 443


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı