PROFESSİNAL DÖYÜŞDƏ ölkəmizi Kazbek Məmmədov təmsil edəcək

 26 Yanvar 2025-ci il tarixdə Azerbaycan respublikası Tovuz şəhərində  "Kəmər doyüşu VCBCMMA 06" seriyası  üzrə  kecirləcək PROFESSİNAL  DÖYÜŞDƏ  ölkəmizi Azerbaycan Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının Polis əməkdaşi, Peşəkar idmancımız Kazbek Məmmədov təmsil edəcək. Onun rəqibi Özbəkistan  idmançısı Eden Adem Axmedov   olacaq.  İdmançılar  70 kq çəki ddərəcəsində mübarizə aparacaqlar.

     Xatırladaq ki,  Gürcüstanın Qardabani şəhərində   keçirilən  Kinqboksun MMA K1 versiyası üzrə keçirilən beynəlxalq turnirdə ÖLKƏMİZİ təmsil edən   Kazbek Məmmədov fəxri kürsünün ən yüksək pilləsinə layiq görülmüşdü.

   Həmin turnirdə  Azərbaycan, Türkiyə, Gürcüstan, Ermənistan, Özbəkistan, Qırğızstan, Qazaxıstan, Türkmənistan, Rusiya, Ukrayna, Moldaviya, Belarusiya, İran, Bolqarıstan, Ruminiya olmaqla 15 Ölkənin idmançıları işrirak edirdi.

      Qeyd edək ki,  Kazbek Məmmədov əslən Qazax rayonunun Daş Salahlı kəndindəndir.

Peşəkar idmancımıza  və onun üzərində böyük əməyi olan, Baş Məşqçisi, Əməkdar idman ustası  Hüseynov Elçinə daha böyük  uğurlar  arzulayırıq və inanırıq ki, bu döyüşdə də idmançımız bizi qələbə ilə sevindirəcək.


Tarix: 21-01-2025, 17:32 Oxunub: 3 946


Bölməyə aid digər xəbərlər
17-01-2025, 11:07 Yüksək sosial rifah naminə


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031