14:23 / 27-12-2024
Daha bir tiktoker həbs olundu
İdmançı olmaq şərəfli bir peşədir

      

     Möhtərəm PREZİDENTİMİZ   İlham Əliyev deyib: “İdmançı olmaq hazırda çox şərəfli bir peşə və şərəfli bir işdir.   Ölkəmizdə  idmanın inkişafına geniş prizmadan yanaşılır və kompleks tədbirlər görülür. İlk növbədə, dövlət siyasəti bu istiqamətdə çox uğurla aparılır.  Dövlət siyasətinin nəticəsidir ki, bu gün biz Azərbaycanı dünya birliyinə idman dövləti kimi təqdim edə bilirik".

     Gürcüstanın Qardabani şəhərində   keçirilən  Kinqboksun MMA K1 versiyası üzrə keçirilən beynəlxalq turnirdə ÖLKƏMİZİ təmsil edən,  Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının Polis əməkdaşi  Kazbek Məmmədov fəxri kürsünün ən yüksək pilləsinə layiq görülüb.

 Qeyd edək ki,  turnirdə Azərbaycan, Türkiyə, Gürcüstan, Ermənistan, Özbəkistan, Qırğızstan, Qazaxıstan, Türkmənistan, Rusiya, Ukrayna, Moldaviya, Belarusiya, İran, Bolqarıstan, Ruminiya olmaqla 15 Ölkənin idmançıları işrirak edib.

Bu döyüşünü  ŞƏHİDLƏRİMİZƏ həsr edən  Kazbek Məmmədovun   rəqibi Gürcüstanı təmsil etsə də erməni əsilli idmanci olub.

Xatırladaq ki,  Kazbek Məmmədov əslən Qazax rayonunun Daş Salahlı kəndindəndir.

Çempionumuza və onun üzərində böyük əməyi olan, Baş Məşqçisi, Əməkdar idman ustası  Hüseynov Elçinə daha böyük  uğurlar  arzulayırıq!!!


Tarix: 23-12-2024, 15:34 Oxunub: 303


Bölməyə aid digər xəbərlər