11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
"Azərbaycan bütün sahələrdə qalib ölkədir" - Çingiz Məmmədov

      Bu gün qürurverici haldır ki, müstəqil, suveren, qalib ölkə olan Azərbaycan bütün sahələrdə dünya dövlətləri arasında söz sahibinə çevrilib. Hərb meydanında şanlı tarix yazan ölkəmiz idman sahəsində də güclü dövlət olduğunu bir daha sübut etdi. XXXIII Paris Yay Olimpiya Oyunlarında idmançılarımızın əldə etdikləri nailiyyətlər bunun bariz nümunəsidir. 
      Cari ilin 14 avqust tarixi Möhtərəm Prezident İlham Əliyevin XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarının və onların məşqçilərinin qəbulu zamanı çıxışında səsləndirdiyi qiymətli fikirlərlə yadda qaldı. 
     Ölkə Prezidentinin səsləndirdiyi kimi, Azərbaycan idmançıları bütün xalqı sevindirib. İdmançılarımız Yay Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil edib və Azərbaycan Bayrağını ucaldıb. Olimpiya Oyunlarından söz açan ölkə başçısı qeyd etdi ki, Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır və əlbəttə ki, hər bir idmançı, hər bir ölkə bu Oyunlara xüsusilə hazırlaşır.
      Ölkə rəhbərinin vurğuladığı kimi, Azərbaycan güclü idman dövlətidir. Bizim Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son Oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir. Təsadüfi deyil ki, biz bu Oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışıq - 2 qızıl, 2 gümüş və 3 bürünc medal.
     Dövlət Başçısı bildirdi ki, bizim idmançılarımız ən yüksək qiymətə layiq olmalıdır. Müsəlman ölkələri arasında Azərbaycan üçüncü yerdə qərarlaşıb. Nəzərə alsaq ki, İslam Əməkdaşlıq Təşkilatında 57 üzv mövcuddur, bu, çox gözəl və tarixi nəticədir.
     Ölkə Rəhbəri onu da qeyd etdi ki, xüsusilə qızıl medalçılarımız Olimpiya Oyunlarının ilk günlərində qələbə sevincini xalqımıza bəxş etmişlər. Onların həm peşəkarlığı, həm idmandakı uğurları və eyni zamanda, davranış qaydaları hər birimizi ürəkdən sevindirdi. Onlar uzun illər ərzində öz çəki dərəcələrində liderliyi qoruyublar və bu liderliyi Olimpiya Oyunlarında bir daha təsdiq etmişlər.
     Möhtərəm Prezident bildirdi ki, daha çox medal qazana bilərdik. Amma bu idmandır, idmanda qələbə də olur, məğlubiyyət də olur. Əsas odur bu Oyunlar bir daha göstərdi ki, Azərbaycanda idmanın inkişafı ardıcıl surətdə gedir. Azərbaycanda idmanın bir çox növləri inkişaf edir. Bizim idmançılarımız beş idman növündə medallar qazanmışlar: cüdo, boks, taekvondo, yunan-Roma güləşi, sərbəst güləş üzrə. Bu da onu göstərir ki,    Azərbaycanda idmanın bir çox növləri inkişaf edir.
     Yeni hazırlıq prosesinə toxunan Ölkə Başçısı qeyd etdi ki, müəyyən istirahətdən sonra yeni hazırlıq prosesinə start veriləcək, həm Avropa, həm dünya çempionatlarına hazırlıq işləri gedəcək. Biz növbəti Olimpiya Oyunlarına da indidən hazırlaşmalıyıq.
     Möhtərəm Prezident  bildirdi ki, bir neçə idman növündə nəsillərin dəyişməsi prosesi gedir. Ona görə təbii ki, növbəti Olimpiya Oyunlarına bu prizmadan yanaşmalıyıq və xüsusilə uşaq-yeniyetmə idmanına bundan sonra da diqqət göstərilməlidir.
      Dövlət Başçısının söylədiyi kimi, idmanla məşğul olmaq üçün indi ölkəmizin hər bir yerində gözəl şərait var. İdmana rəhbərlik edən qurumlar arasında koordinasiya işləri düzgün qurulub, federasiyalar, klublar uğurla fəaliyyət göstərir.
     Növbəti Olimpiya Oyunlarına hazırlıq prosesi də ardıcıl aparılacaq. Hər bir Olimpiya Oyunlarından sonra, xüsusilə ölkəmiz üçün uğurlu Oyunlardan sonra idman bölmələrinə uşaqların, yeniyetmələrin axını müşahidə olunur.Gənclərin idmana maraqları artır. Həm cüdo, həm digər idman növləri ilə məşğul olmaq istəyən uşaqlarımızın sayı çox olacaq.
    Biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik. Uzun illər ərzində idmanın kütləviliyi ilə bağlı görülən işlərin bir məqsədi olub ki, fiziki, mənəvi cəhətdən sağlam, Vətənə bağlı, vətənpərvər və peşəkar gənc nəsil yetişsin. İdmançılarımızın uğurlu çıxışları bunu bir daha göstərdi ki, biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik.

Çingiz Məmmədov
YAP Qazax rayon təşkilatının əməkdaşı


Tarix: 19-08-2024, 12:36 Oxunub: 318


Bölməyə aid digər xəbərlər