21:37 / 20-09-2024
15 yaşlı oğlan bıçaqlandı
Millimiz Avropa çempionatının qalibi oldu

Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol millisi Avropa çempionatının C divizionunda final matçına çıxıb.
 
Evren Alkayanın yetirmələri həlledici görüşdə Kipr yığması ilə üz-üzə gəliblər. Qarşılaşma millimizin 69:52 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan yığması bu nəticədən sonra ardıcıl ikinci dəfə Avropa çempionatının qalibi adını qazanıb.
 
Qeyd edək ki, qrup mərhələsində Ermənistan millisini 86:59, Gürcüstanı 97:40, Kipri isə 68:45 hesabı ilə üstələyən gənc basketbolçularımız yarımfinalda Albaniyanı məğlubiyyətə uğradıb - 92:62. Yarış Cəbəllütariqdə keçirilib.


Tarix: 15-07-2024, 10:31 Oxunub: 158


Bölməyə aid digər xəbərlər
17-06-2024, 22:07 Millimiz dünya çempionu oldu
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı