İdmançılarımız Avropa çempionatını 11 medalla başa vurdular

Azərbaycanın sumo üzrə milli komandaları Yunanıstanın Lutraki şəhərində keçirilmiş Avropa çempionatında uğurla çıxış ediblər.
 
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 21 yaşlılar arasında Abdullah Şərif (85 kiloqram) qızıl, Cavidan Nəhmətov (77 kiloqram) və Fərid Əhmədov (92 kiloqram) isə bürünc medala sahib olublar.
 
U-23 yaş kateqoriyası üzrə Abdullah Şərif (85 kiloqram) gümüş, Xasay Yusif (115 kiloqram və mütləq çəki) 2 bürünc medal əldə edib.
 
Digər idmançılardan Cavidan Nəhmətov (77 kiloqram) və Məhəmməd Əliyev (70 kiloqram) bürünc medala layiq görülüblər.
 
Böyüklər arasında Çingiz Səmədov (100 kiloqram) gümüş, Abdullah Şərif (85 kiloqram) və Rəsul Məmmədzadə (77 kiloqram) bürünc medal qazanıblar. Bu nəticə ilə böyüklərdən ibarət yığma komanda hesabında üçüncü olub.


Tarix: 27-05-2024, 18:21 Oxunub: 1 666


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31