Abşeron Milli Parkında velomarafon təşkil olunub

"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində “3 iyun Ümumdünya Velosipedçilər Günü” ilə əlaqədar ilə Abşeron Milli Parkında velomarafon keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Pirallahı Tibb Mərkəzi əməkdaşlarının iştirakı, Həmkarlar İttifaqı Komitəsinin və Abşeron Milli Parkının dəstəyi ilə baş tutan veloyürüşə 50-dən artıq TƏBİB əməkdaşı qoşulub.

Ekoloji təmiz nəqliyyat növlərindən istifadəni təşviq etmək, istilik effekti yaradan qazların azaldılmasına töhfə vermək, insanlara sağlam həyat tərzini aşılamaq, eyni zamanda ekoturizmi təbliğ etmək məqsədilə keçirilən veloyürüşdə iştirakçılar 12 km məsafə qət ediblər.


Tədbirin sonunda velomarafon iştirakçıları sertifikat və hədiyyələrlə təltif olunub.


Tarix: 27-05-2024, 14:03 Oxunub: 335


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31