Görün insanlara nə əti satdılar - VİDEO

   Şamaxıda xəstə atları kəsib satmaq istəyən şəxslər saxlanılıb.
     Şamaxı polisi tərəfindən istehlaka yararsız at ətinin satışı ilə məşğul olan şəxslər saxlanılıblar. Rayonun Çarhan kəndində Səxavət Cəfərova məxsus fermanın ərazisində əsasən ucuz qiymətə alınan xəstə atların kəsilməsi barədə polisə məlumat  daxil olub. Həyata keçirilmiş tədbirlərlə qeyd olunan əməli törətməkdə şübhəli bilinən paytaxt sakini Mehman Cəfərov, Şamaxı sakini Ağacan Sadıqov və fermanın sahibi Səxavət Cəfərov yaxalanıblar.
    Əraziyə baxış keçirilərkən 300 kiloqrama yaxın at əti aşkar edilib. Araşdırma zamanı məlum olub ki, Mehman Cəfərovun başçılıq etdiyi həmin şəxslər əsasən xəstə atları ucuz qiymətə alaraq onları kəsib və ətini Bakıda satmaq niyyətində olublar.
     Ətlərdən müvafiq nümunələr götürülərək Qida Təhlükəsizliyi Agentliyinə təhvil verilib, qalan hissəsi ilə yandırılaraq məhv edilib.
    Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində araşdırma aparılır.
    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Tarix: 12-08-2023, 11:00 Oxunub: 335


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı
13-02-2021, 12:10 Oqtay Əsədov həbs edilir?


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930