Bakıda marketə silahlı basqın: İki yaralı, bir ölü

Bakıda “Bravo” Supermarket Şəbəkəsində atışma olub.
Hadisə Xətai rayonundakı “Bravo” Əhmədli Hipermarketində qeydə alınıb.
Hazırda hadisə yerinə hüquq-mühafizə orqanının əməkdaşları cəlb edilib.
Baş vermiş silahlı insidentlə bağlı hazırda Baş Prokurorluğun İstintaq idarəsi, Kriminalistika şöbəsi və Xətai rayon prokurorluğunun əməkdaşları hadisə yerindədilər.
Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Silahlı basqınla əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 12:21 radələrində çağırış daxil olub. 
 TƏBİB-dən bildirilib ki, hadisə nəticəsində xəsarət alan iki nəfər TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə təxliyə edilib. Hazırda onlara zəruri tibbi xidmət göstərilir. 
Bir nəfər hadisə yerində dünyasını dəyişib.
Ölən şəxs Həsənov Rüfət Rahib oğludur. O başından güllələnib.
İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir.


Tarix: 4-03-2023, 13:36 Oxunub: 667


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31