“Optimal Finance Bank Olmayan Kredit Təşkilatı” MMC 2 milyon manatlıq itiqraz buraxır.
İstiqraz buraxılışı hər birinin nominal dəyəri 100 manat olan faizli, təmiatsız, sənədsiz və adlı 20 000 ədəd istiqrazdan ibaərtdir.
İstiqrazlar üzrə gəlirliliyin faiz dərəcəsi 13%, tədavül müddəti müddəti 18 aydır. Kupon faizləri 90 gündən bir ödəniləcək.
“Optimal Finance Bank Olmayan Kredit Təşkilatı” MMC-nin nizamnamə kapitalının 70%-i “AzFinance İnvestisiya Şirkəti” ASC-yə, 15%-i Ələsgərli Elçin Əhəd oğluna, 15%-i Eynullayev Fərid Rüstəm oğluna, 6%-i İbrahimov Yusif Zakir oğluna məxsusdur.
Qeyd edək ki, “Optimal Finance Bank Olmayan Kredit Təşkilatı” MMC ölkənin ən böyük ticarət şəbəkələrindən biri olan “Optimal Elektronika” MMC-nin törəmə müəssisəsidir. “Optimal Finance Bank Olmayan Kredit Təşkilatı” MMC-nin səhmdarı Ələsgərli Elçin Əhəd oğlu “Optimal Elektronika” MMC-nin təsisçisi Əhəd Əsgərovun oğludur.
Bir müddət əvvəl mətbuatda yayılan məlumata görə, Əhəd Əsgərovun ölkədən çıxışına qadağa qoyulub. Bildilirdi ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarə Əhəd Əsgərovun ölkədən çıxışına qadağa qoyulması ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət edib. İşə sentyabrın 5-də Bakı Kommersiya Məhkəməsində Leyla Əliyevanın sədrliyi ilə baxılacaq. Buna səbəb kimi, Əhəd Əsgərovun təsisçisi olduğu “STENTOR” MMC-nin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 2 milyon manatdan çox vergi borcunun yaranması göstərilib.
Öz növbəsində şirkət öz təsisçisi haqda yazılan xəbərləri yalanlayıb və qərəzli olduğunu bildirib.
İndex.az
Bölməyə aid digər xəbərlər