Çox hörmətli cənab Nazir!!!
Belə bir xoş gündə, Sizin doğum gününüzdə Sizi təbrik edib, gözəl arzular diləmək bir media işçisi kimi bizim borcumuzdur...
Bu bir danılmaz faktdır ki, dəfələrlə problemimiz, şikayətimiz olanda ilk Sizə müraciət etmişik. Siz də şikayətlərə dərhal reaksiya verib, bizə dəstək olmusunuz.
Cənab Nazir!!! ATİA.AZ saytının və şəxsən öz adımdan doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə sağlam uzun ömür, şərəfli və çətin peşənizdə uğurlar arzulayırıq.
Bəli, Siz olduqca çətin və şərəfli bir xidmətdəsiniz. Bir media əməkdaşı kimi Sizin yüksək intellektual peşəkarlığınızı, ölkəmizə göstərdiyiniz əvəzolunmaz xidmətlərinizi yüksək qiymətləndiririk. Sizə güvənirik. Sizin qəbul etdiyiniz bütün qərarlarınızı dəstəkləyirik. Bir sözlə, bu gün təhlükəsizliyimizin qorunması üçün Sizə sonsuz minnətdarıq.
Sizin vicdanlı xidməti fəaliyyətiniz, Dövlətimizin və vətəndaşlarımızın təhlükəsizliyi naminə yorulmadan çalışmağınız yüksək hörmətə, alqışa layiqdir.
Uca Tanrı Sizi və ümumillikdə Azərbaycan Polisini qorusun!
AYBƏNİZ DƏNİZ,
“Azərbaycan Jurnalistlər
Birliyinin üzvü”, yazar,
jurnalist-araşdırmaçı.
Bölməyə aid digər xəbərlər