Bir neçə müddətdir “Azərlotereya”nın “Poz qazan” adlı virusu bütün Azərbaycanı bürüyüb. “Poz qazan” Azərbaycanda yeni bir era başlatdı desək, yəqin ki, yanılmarıq. Bütün təbəqənin oynadığı bu oyun əslində nədir?
“Poz qazan” ani lotereyadır. Ani lotereyada dedikdə yəni uduş həmin anda müəyyən olunur və vətəndaş uduşunu yerindəcə ala bilir. Bu virusun artıq yaşı yoxdur. Gəncindən tutmuş ağsaqqalına qədər hər kəs bu oyunu oynayır.
“Poz qazan”ın günlük satış tirajı hələ 1 rayon üzrə 20 min tirajla satılması qənaətinə gəlinir. Təsəvvür edin, bu millətin böyük bir hissəsinin nə qədər uğursuz insandır ki, 1 manata varlanmaq istəyirlər.
Əslində bütün dünyada lotereya oyunları var. Amma bu “Poz Qazan” tam fərqlidir. Birmənalı şəkildə “Poz qazan” lotereyasında insanları aldadırlar.
Maddi durumu ağır olanlar qısa müddətli yatırımlara fokuslanır. Çünki zatən maddi sıxıntılar altında əzilən biri əlində olan-qalanı hər hansı kursa yatırsa və bütün effortunu ona versə, daha da kritik vəziyyətə düşəcək. Bu, bir növ bataqlıq düşən canlı situasiyadı, zatən batır, hərəkət etsə, daha tez batacaq. Təbii bu bataqlıqdan çıxmaq mümkündür, lakin hər kəs üçün eyni əlçatanlıq dərəcəsində deyil bu imkan, təəssüf.
Çox acınacaqlı vəziyyətdir. İnsanların ümid hissindən namərdcəsinə istifadə edirlər. Rəsmən insanları öz razılıqları ilə soyurlar.
Biləsiniz ki, qumarda daima qumarı oynadanlar qazanır…
Aslan Həmidli
Bölməyə aid digər xəbərlər