11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Metro çıxışında telekanal işçilərinə niyə hücum edildi? –

Bakıda çəkiliş aparan ATV kanalının əməkdaşlarına hücum edilib.
Sözügedən video “20 Yanvar” metro stansiyasının yaxınlığında qeydə alınıb. Hadisə ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər izləyicilər tərəfindən birmənalı qarşılanmayaraq müzakirələrə səbəb olub.
Baku.ws həmin görüntülərlə bağlı rəsmi açıqlama almaq üçün “Azad Azərbaycan” Teleradio Şirkətinin Media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ozal İbrahimli ilə əlaqə saxlayıb.
O bildirib ki, baş verən hadisə ilə bağlı artıq hüquq-mühafizə orqanlarına xəbər verilib: “Bizim əməkdaşlar “20 Yanvar” metro stansiyası yaxınlığındakı ərazidə olan satıcıların satışdan sonra yaratdığı anti-sanitar vəziyyətlə bağlı çəkiliş aparıblar. Həmin vaxt bəzi satıcılarla bizim əməkdaşlar arasında insident yaşanıb. Biz o məsələ ilə bağlı artıq hüquq-mühafizə orqanlarına xəbər vermişik. Onlar məsələ ilə bağlı araşdırmalara başlayıblar”.
Sözügedən hadisənin görüntülərini təqdim edirik:


Tarix: 25-04-2022, 19:18 Oxunub: 280


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı