21:37 / 20-09-2024
15 yaşlı oğlan bıçaqlandı
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu 3 nəfəri güllələyərək qaçmışdır...

ATİA.AZ Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatına əsasən bildirir ki,
02 yanvar 2022-ci il tarixdə saat 18:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əvəzli Elxan Məhəmməd oğlu naməlum səbəbdən öz xidməti silahından atəş açmaqla xidmət etdiyi sərhəd zastavasının hərbi qulluqçuları baş leytenant İsmayılov Yusif İsmayıl oğlunu, kiçik gizir Cəlilzadə Amin Fuar oğlunu və kiçik gizir İbrahimov Rəfail Natiq oğlunu qətlə yetirmişdir. Bundan sonra baş çavuş E.Əvəzli silahını ataraq hadisə yerindən qaçmışdır.
Hadisəni törədən Elxan Məhəmməd oğlu Əvəzli İmişli rayonundandır. 

Onun qətlə yetirdiyi baş leytenant Yusif İsmayıl oğlu İsmayılov və kiçik gizir Rəfail Natiq oğlu İbrahimov Mingəçevir şəhərindən, kiçik gizir Amin Fuar oğlu Cəlilzadə isə Siyəzən rayonundandır. 

Hadisəni törədən Elxan Əvəzli də kiçik gizirdir. O, iki il idi DSX-da işləyirmiş.
 

Elxan Əvəzlinin axtarışları davam edir. 

Qeyd edək ki, qətli törədən və qətlə yetirilən hərbçilərin dördü də subaydır.

Hazırda kiçik çavuş E.Əvəzlinin axtarışı üzrə tədbirlər davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun əməkdaşları tərə­findən hadisə ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.
 Mənbə: Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi


Tarix: 2-01-2022, 21:46 Oxunub: 347


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı