Füzulidə sərhədi pozmağa cəhd edən şəxs saxlanılıb.
Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzi məlumat yayıb.
DSX-nın Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Fizuli rayonunun Aşağı Yağlıvənd kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədini pozaraq qanunsuz yolla İrana keçməyə cəhd edərkən bir nəfər Azərbaycan vətəndaşı 1981-ci il təvəllüdlü Abdurəhmanov Azər Fərrux oğlu sərhəd pozucusu qismində saxlanılıb.
Araşdırma zamanı A.Abdurəhmanovun əvvəllər dəfələrlə məhkum edildiyi, qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana narkotik vasitələr gətirmək məqsədilə ilə dövlət sərhədini keçmək niyyətində olduğu müəyyənləşdirilib.
Həmin gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Sım kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində İrandan Azərbaycan ərazisinə hərəkət edən iki naməlum şəxsin dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə edilib.
Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan sərhəd pozucuları əllərindəki bağlamanı ataraq, havanın qaranlıq, ərazinin isə meşəlik olmasından istifadə edərək geriyə qaçıblar.
Ərazi dərhal qapadılaraq, keçirilmiş axtarış tədbirləri nəticəsində bir ədəd çantanın içərisində ümumi çəkisi 8 kiloqram 555 qram narkotik vasitəyə (7550 qram “tiryək”, 1005 qram “heroin” və 5000 ədəd “metodon-40” həbi) oxşar maddə aşkar olunaraq götürülüb.
Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Bölməyə aid digər xəbərlər