Azərbaycan polisi Xankəndinə girən iki iranlını SAXLADI - DİN-dən AÇIQLAMA

Azərbaycan polisi Gorus-Qafan avtomobil yolunda İrandan gələn iki yük maşınının sürücüsünü saxlayıb.
Bu barədə erməni KİV-ləri məlumat  yayıb.
Bildirilir ki,  Azərbaycan polisi Xankəndinə və İrəvana sement daşıyan iki iranlı sürücünü saxlayıblar.
məsələ ilə bağlı DİN mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov açıqlama verib. O, bildirib ki, saxlanılan sürücülər qanunsuz yollarla Azərbaycan ərazisinə giriblər:
“Ermənistan ərazisindən yük daşımaq məqsədi ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçən avtomobillər Daxili İşlər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıblar.  Həmin avtomobillərin sürücüləri  barəsində Azərbaycan Respublikasının qanunlarına uyğun müvafiq tədbirlər görüləcək”.
yenicag.az


Tarix: 15-09-2021, 19:02 Oxunub: 522


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31