Qazax rayon İcra Hakimiyyətinin saytında ötən ilin avqust ayının 4-də “Daş Salahlı kənd 1 saylı körpələr evi-uşaq bağçası üçün yeni binanın inşasına start verilib” sərlövhəli yazı dərc edilib. Həmin yazıda 55 yerlik yeni körpələr evi-uşaq bağçasının tikilməsi üçün təməlin qazılması işləri haqqında məlumat verilir və rayon İcra hakimiyyəti başçısının prosesi izlədiyinə dair fikir qeyd olunur, bu haqda şəkillər yayımlanır.
Onu da bildirək ki, təməlinin qazılması prosesini rayonun icra başçısı Rəcəb Babaşovun izlədiyi bağçanın tikintisini adıçəkilən kənddə fəaliyyət göstərən "Qazax Sement Zavodu” MMC öz üzərinə götürübmüş.
Kənd sakinlərinin bildirdiyinə görə bağçanın tikintisinə start verilsə də, o vaxtdan təməlin hazırlanması prosesindən sonra bəlli olmayan səbəblərdən işlər dayanıb və hazırda da heç bir iş görülmür.
Ümidvarıq ki, tezliklə körpələrin sevincinə səbəb olacaq yeni bağçanın tikintisinə başlanar.
Adıçəkilən qrum və təşkilatların mövqeyini dərc etməyə hazırıq.
dialoq.info
Bölməyə aid digər xəbərlər