11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
"Sizə görə digərlərinin övladları niyə şikəst olmalıdır?"

“Deməli, Təhsil Nazirliyi bundan sonra dərslərin necə davam etdirilməsi ilə bağlı sorğu keçirir. Bəziləri sorğu ilə bağlı paylaşılan məlumatın altında şərh yazaraq məktəblərin bağlanmasını istəyirlər. Mən başa düşə bilmirəm ki, məktəblərin bağlanmasını istəyənlər evdən bayıra çıxmır? Marketə getmir? Qohum-əqrəbasını ziyarət etmir? Kafeyə getmir? Avtobusdan istifadə etmir? Belə qorxursunuzsa ki, övladınız yoluxar o zaman ailəlikcə evdən-çölə çıxmayın! Oturun evdə və pandemiya bitəndə çıxarsanız gün işığına!” - bu sözləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli deyib. O, məktəblərin bağlanmasının qəti şəkildə əleyhinə olduğunu bildirib:
“Sizə görə digərlərinin övladları niyə şikəst olmalıdır? Siz bilirsinizmi ki, 1 ay uşağınızın məktəbə getməməsi onu həm kütləşdirir, həm də hərtərəfli inkişafdan geri salır! Uşağınız yoluxsa, elə birinci sizin viruslu düşüncənizdən yoluxacaq! Bütün ölkələr artıq çoxdan ənənəvi təhsilə keçib. Bilirlər ki, indi uşaqlar oxumasa, sabah onların özləri üçün pis olacaq! Məktəbə buraxmayıb müəllim yanına, repetitor yanına uşaqları göndərirsiniz. O zaman göndərməyin ora da, çöldə, həyətdə, küçədə oynamağa da buraxmayın. Qapadın uşaqlarınızı evə qoyun asosial böyüsün. Belə xoşunuza gəlir ərizə yazın məktəbə qoymayın! Bunları etməyib hansı haqla digərlərinin haqqına girib məktəblərin bağlanmasını istəyirsiniz? Sizə görə digərlərinin övladları niyə əziyyət çəkməlidir ki? Qurtarın da bu sirki. Mütləq əvvəlki kimi ənənəvi təhsilə qayıtmalıyıq. Başqa cür ola bilməz! Nə hibrid, nə onlayn, nə distant! Ənənəvi təhsil! Övladlarımız hərtərəfli şikəst olur! Kim istəmir göndərməsin uşaqlarını məktəbə, vəssalam!”.
 


Tarix: 31-03-2021, 15:43 Oxunub: 259


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı