DÖVLƏT BAYRAĞIMIZA HÖRMƏTSİZLİK.... - QAZAXDA

Bayraq - bir ölkəni, təşkilatı, quruluşu və ya birliyi işarələyən, əsasən parçadan olan, dövlət rəmzi olub, müharibələr, inqilablar, nümayişlər zamanı öndə, insanların başı üzərində aparılan, müxtəlif rəsmi təşkilatların binalarının qarşısında dirəyə asılan və həmin təşkilatı təmsil edən, Vətən uğrunda şəhid olanların qəbirləri üzərinə salınan dövlət atributudur".
Bayraq istənilən millətin qürur və and yeri olmaqla yanaşı, toplumun özünə olan sonsuz sevgisi və rəğbətilə daha da ucalan, dövlətin suverenliyini təmin edən rəmzlərdəndir.
"Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" QANUNUN elə ilk müddasında da deyildiyi kimi: "Azərbaycan Respublikasının vətəndaşları, habelə Azərbaycan Respublikasının ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Dövlət bayrağına hörmətlə yanaşmalıdırlar".

Qazaxda əvvəllər "samolyot"  maketi olan yerdə Dövlət rəmzimiz olan bayrağımızı külək aparıb. Bunu bərpa etmək isə hələ də rəhbər məmurların yadına düşmür.
Deyirəm bəlkə Allah qoysa yadlarına düşə... Bayrağımızı bərpa edələr.... 

  Elnur Quliyev, ATİA.AZ


Tarix: 12-03-2021, 22:05 Oxunub: 792


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930