11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Rayonlara gediş-gəliş nə vaxt bərpa olunacaq?

"COVID-19" pandemiyasının sürətli yayılmasının qarşısını almaq məqsədi ilə ölkə ərazisində dekabrın 14-dən yanvarın 18-dək yenidən sərt karantin rejimi tətbiq olunur. Operativ Qərargahın son brifinqində rayonlara gediş-gəlişin də məhdudlaşdırılmasına dair qərarın qəbul olunduğu açıqlanıb. Yanvarın 18-dən sonra yaxın zamanlarda rayonlara gediş-gəliş bərpa edilə bilərmi? 
 
  ATİA.AZ "Sfera.az"-a  istinadən xəbər verir ki, bununla bağlı deputat Cavid Osmanov danışıb:

 
"Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən yanvarın 18-nə kimi məhdudlaşdırıcı sərt karantin rejimi tətbiq olunub. Bununla da bəzi şəhər və rayonlarımıza gediş-gəliş bağlanıb. Yanvarın 18-nə kimi olan statistik göstəricilərdə yoluxanların sayı ilə sağalanların sayında normallaşma müşahidə olunarsa, bundan sonrakı mərhələdə Operativ Qərargah mövzuyla bağlı yeni qərarını açıqlayacaq.

 
Düşünürəm ki, vəziyyət normallaşsa və yoluxma sayı getdikcə azalsa, 18-dən sonra gediş-gəliş bərpa oluna bilər".


Tarix: 1-01-2021, 13:07 Oxunub: 233


Bölməyə aid digər xəbərlər