Prezidentin köməkçisi rayonlara gediş-gəlişin bərpası məsələsindən danışdı - VİDEO

“Rayonlara gediş-gəlişin açılışı hələlik mümkün deyil. Lakin karantin qaydalarının yumşalma şərtləri çərçivəsində ilk baxılacaq məqam Bakıdan regionlara gediş-gəlişin bərpası olacaq”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib. 
O bildirib ki, bu, yoluxma sayının artımına səbəb ola bilər:
“Mən hər kəsi başa düşürəm. Lakin bir qədər də səbirli olmaq lazımdır. Yoluxma sayında stabilləşmə, sağalanların sayında artım var. Mənim də ailəm regionlara getmək istəyir, amma təəssüf ki, hələlik bu məsələdə səbirli olmaq lazımdır”.


Tarix: 20-07-2020, 17:23 Oxunub: 391


Bölməyə aid digər xəbərlər


«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930