“Səhiyyədə rüşvət çoxalıb, xalqın dərisini soyurlar” –

“Bu dəfəki virus dalğası bütün dünyada, o cümlədən bizdə də çox ağır keçir. Hələ də məsələyə ciddi yanaşmayanlar var, ölümlər artır, genofondumuz zədələnir” -- bu fikirləri əməkdar jurnalist Qulu Məhərrəmli bildirib.
O, qeyd edib ki, “TƏBİB” indi ümidləri doğrultmur, koordinasiya zəifləyib, xəstəxanaların, təcili yardım xidmətlərinin yükü artıb, həmin sahələrdə rüşvət çoxalıb:
“Aydın görünən budur ki, bizdə ayrı-ayrı bilikli və fədakar həkimlər olsa da, ümumən ölkənin səhiyyə sistemi bərbad gündədir, yoluxmuş xəstəyə gün ağlayacaq güvənli mexanizm yoxdur. Əvvəldən yaxşı başlamış “TƏBIB” indi ümidləri doğrultmur, koordinasiya zəifləyib, xəstəxanaların, təcili yardım xidmətlərinin yükü artıb, həmin sahələrdə rüşvət çoxalıb. Ən acınacaqlı vəziyyət dərman satışı sahəsindədir, bu sahəni monopoliyaya götürmüş işbazlar zəruri dərmanları əl altından satmaqla xalqın dərisini soyurlar. Mən imkansız adamların dərman sarıdan necə əziyyət çəkdiyini görürəm. Sanki mərhəmət hissi qeybə çəkilib. Ümid peyvəndə və hökumətin vəziyyətə dərhal təsirli müdaxiləsinədir”.


Tarix: 23-12-2020, 20:13 Oxunub: 549


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31