Yaralı dostunu xilas edərkən şəhid olan 20 yaşlı Səxavət

Qələbəmizdə payı olan igidlərimizdən biri də 20 yaşlı Səxavət Abbasovdur. 
“Baku TV” şəhidimizin ailəsindən reportaj hazırlayıb. 
Səxavət evin yeganə övladı olub. Anası Maisə Abbasova deyir ki, hələ də oğlunun ölümünə inanmır, ümid edir ki, bu böyük səhv olub. 
Səxavətin döyüş yoldaşları deyir ki, o  gənc olmasına baxmayaraq, etdikləri haqqında bir dastan yazmaq olar. 
Səxavətin sonuncu döyüşü Ərgünəş dağı ətrafında olub. O, yaralı döyüş yoldaşını xilas edərkən düşmənin atdığı mərmi hər ikisinin həyatına son qoyub.
O, ölümündən sonra “Vətən uğrunda” medalına layiq görülüb. 



Tarix: 20-12-2020, 08:41 Oxunub: 441


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31