11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Burnunu estetik əməliyyat etdirən qadın, iki ayağını da itirdi

Burnunu estetik əməliyyat etdirən qadın, iki ayağını da itirib. 
Sfera.az-a istinadən bildiririk ki, hadisə Türkiyədə baş verib.
 
Belə ki, 6 il əvvəl Sevinc Çelik adlı qadın İstanbulda rinoplastika əməliyyatı etdirib. Əməliyyatdan bir həftə sonra bədənində kəskin ağrıların olduğunu hiss edən qadın həkimə müraciət edib. Həkim isə bu halın normal olduğunu bildirib. Getdikcə vəziyyəti pisləşən S. Çelik başqa həkimə müraciət etməli olub. Həkimlər ona əməliyyatdan qanına mikrob qarışdığını və bütün bədəninə yayıldığını söyləyiblər.

Reanimasiyaya yerləşdirilən qadının iki ayağı da göyərib. Həkimlər hər iki ayağı amputasiya etməli olublar.
 
S.Çelik baş verənlərə görə burun əməliyyatı etdirdiyi həkimi məhkəməyə verərək 1 milyon lirəlik təzminat tələb edib.


Tarix: 18-12-2020, 17:33 Oxunub: 381


Bölməyə aid digər xəbərlər