11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Dr.Sevinc Kərimova bədənimdə olan papillomları maye azotla müalicə etdi.













 Haqqında mətbuatda çox yazılıb və yəqin ki, ölkəmizdə onu tanımayan az adam olar. Buna görə də, uzun-uzadı təqdimata ehtiyac görmürük. Bir azərbaycanlının heç bir tərəddüdsüz sağlamlığını etibar edə biləcəyi azərbaycanlı həkim desək, kifayət olar yəqin ki. Bəli, söhbət Azərbaycanımızın tanınmış həkim dermatoloqu  –İstedadlı olduğu qədər də sadə insan olan Sevinc Kərimovadan gedir.
   Mən də bütün gənclər kimi sağlam yaşamaq istəyirəm. Təəssüf ki, məndə papiloma  var və neçə illərdi ki, bu xəstəlikdən əziyyət çəkirəm. Qapı döymədiyim xəstəxana və həkim qalmadı, heç bir həkim dərdimə əlac tapa bilmədi.  Təsadüfən bizə dedilər ki, Mərkəzi Gömrük Hospitalında Sevinc Kərimova  adlı 23 il iş təcrübəsinə malik  olan Həkim dermatoloq ixtisaslı həkimi var, o bir mütəxəssis kimi öz ixtisasını mükəmməl bilir, hətta bir çox ölkələrdən həkimin yanına xəstələr gəlir. Çox təcrübəli həkimdir.
  Bu sətirlər Sevinc həkimin müalicəsindən şəfa tapan Bakı sakini Elza Əliyevanın  “QanunXəbər. com  saytına yazdığı minnətdarlıq məktubundandır. “Düzü, mən sağalacağıma ümidimi itirmişdim. Məni həmin həkimin yanına apardılar. Sevinc həkim bizi çox səmimi və mehribancasına qarşıladı. Məni müayinədən keçirdikdən sonra dedi ki, səndə qorxulu bir şey yoxdur, müalicə edəcəyik, xəstəlikdən qurtulacaqsan. Sevinc həkim bədənimdə olan papillomları maye azotla müalicə etdi. Artıq mən bu kompleksdən yaxa qurtardım.

Hörmətli redaksiya heyəti sizin vasitənizlə gözəl insan müqəddəs həkimlik peşəsinin ustadı olan Sevinc Kərimovaya mənim və mənim kimi yüzlərlə insanların adından dərin minnətdarlığımızı çatdırmanızı rica edirəm.

  Əzizim Sevinc xanım. Neçə - neçə insanlara xoşbəxtlik bəxş edən gözəl insan, savadlı həkimim. Həyatda sağlam olmağımın başlıca səbəbkarı məhz siz oldunuz. Yanınıza ilk dəfə gələndə çox ümidsiz idim. Çox tez bir vaxt ərzində bu xoşbəxtliyi məhz siz yaşatdınız mənə. Allah sizi də həmişə sevindirsin mənim gözəl həkimim Sevinc xanım.

  Hörmətlə: sizin sayənizdə sağlamlığına qovuşan Elza xanım 


Tarix: 16-10-2020, 08:09 Oxunub: 723


Bölməyə aid digər xəbərlər