11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
"QATİL OLMAĞA HƏVƏSLİ İNSAN" - Aygün Sadiqin araşdırmasında...

      Çox nizamlı, tərbiyəli, mədəni bir gənc qız olan 1977-ci il təvəllüdlü Cessika Lin Roc 1993-cü ildə kənddə ailə üzvlərinin yanından velosipedlə çıxıb getdikdən sonra bir də geri dönməmişdi. O, pis işlərdən həmişə uzaq durur, pilot olmaq istəyir və "Külək Kimi Keçdi" filmini çox sevirdi. 
Yarım saat sonra velosipedi xarab halda kimsəsiz çöllükdə, özü isə 2 ay sonra ölü şəkildə başqa bir kimsəsiz ərazidə tapılmışdı.  Cəsəd bir qarğıdalı çölündə bir kəndli tərəfindən aşkarlanmışdı. Bədənində ağır zərbə izləri vardı. Barmaq izlərini müqayisə etmək üçün onun məktəbdəki yazı dəftərləri alındı. 
       1 il sonra məktəbə gedən yeniyetmə qızlar bir kiçik avtobusla bir adamın onların arxasınca sürdüyünü, rahatsız etdiyini şikayət etmişdilər. Maşının nömrəsini götürdülər. Maşını sürən Leri  Holl idi. O, 2 saat sorğulandı, müxtəlif bəhanələrlə özünü təmizə çıxarmağa çalışdı və sərbəst buraxıldı. Halbuki Cessikanın yoxa çıxdığı zamanda Leri o ərazidə olmuşdu. Ona Cessikanın şəklini göstərmişdilər və Leri qəfil diksinmişdi. Amma qətli israrla boynundan atmışdı. 
      İki həftə sonra yenə polisə gətirildi və etiraf etdi. Müdafiə vəkilinin sözlərinə görə,bu, məcburi etiraf idi. Sorğu 12 saat çəkmişdi. Yenə müdafiə vəkili detektivlərin qeyri-peşəkar olduğunu iddia edərək etirafın məxfi qalmasını tələb etmiş, amma tələb rədd edilmişdi. Leri cinsi istismar məqsədilə adam qaçırmaqda ittiham olundu.  Təcili şəkildə ömürlük həbs cəzasına məhkum edildi. Leri dəfələrlə cinsi istismara cəhd üstündə həbs olunmuşdu. 
     Cessikanın cəsədi tapılarkən başqa bir kədərli ailə bu cəsədin öz qızları Trişaya məxsus olması üçün dua edirdilər. 
Trişşa Lin Raytler 1974-cü ildə Ohayoda Geri və Donnanın övladı olaraq dünyaya gəlmişdi. İndiana universitetində oxuyurdu. Ailəsi dini və mənəvi dəyərlər baxımından qızın  bu universitetdə oxumasını məsləhət görmüşdü. Atası 1993-cü ilin yazında onu universitetə gətirmiş, qız atasına "getmə" deyib yalvarış, günlər sonra isə qeyb olmuşdu. Qana bulaşmış paltosu yataqxana yolunun üstündə tapıldı, amma cəsədi heç vaxt tapılmadı. 
      Leri Cessikanı öldürdüyünü etiraf etdiyini sonradan təkzib etmiş, yuxusunu danışdığını söyləmiş, ifadəsini dəyişdirmişdi. Həmin avtobusda bəzi sübutlar tapılmışdı, məsələn, Cessikanın qaçırıldığını, cəsədinin yerini göstərən bəzi işarələr, xəritə, həmçinin Trişaya aid detallar da vardı. 1993-cü ilin yazında Trişanın qeyb olmasından sonra etdiklərini göstərən əlyazmalar vardı. Həmçinin Leri Trişanın itdiyi ərazidə maşınla qızları təqib etdiyini yazırdı. Xüsusilə "ləkəli xalçanı kəs", "rəng qablarını yandır", "məlum olan bütün dəmir bıçaqlarını satın al", "bütün alətləri təmizlə" tipli ediləcək işlərin siyahısı vardı. Artıq o, baş şübhəli idi. Öncə Trişanı öldürdüyünü etiraf etdi, sonra ifadəsini dəyişdirdi.  Trişa heç vaxt tapılmadı və sübut yetərsizliyi səbəbindən Leri cinayət məsuliyyətinə cəlb olunmadı. Gözüyaşlı ailələr qatilin tapılmasını tələb edirdi. 
Lerinin cəzası hələ müəyyən edilməmişdi. 
     FBİ həbsxanada cinayət keçmişi olmayan, yalnız narkotik satışı üzündən həbsə düşən Cimmi adlı bir gənc, yaraşıqlı oğlanla şərtləşdilər: Lerinin etimadını qazanmaq üsulu ilə sübutlar gətirmək müqabilində azadlıq əldə etmək . Cimmi bu təklifi qəbul etdi. Leri ilə eyni otağa verildi. Tezliklə müxtəlif yollarla Lerinin qəlbini qazandı. Dost oldu. Bir dəfə davada Lerini qorudu, başqa məhkumu döydü, özü cəza çəkdi. Lerinin sayğı və güvənini qazandı. Bir dəfə, nəhayət, Leri onunla səmimi söhbət zamanı Cessikanı və Trişanı necə öldürdüyünü danışdı. Cessikanı boğmuş, Trişanı da eyni tərzdə öldürmüşdü. Amma Trişanı meşədə kirəc ilə qatıb basdırdığını söylədi. 
      Cimmi artıq bir qatillə eyni otaqda olduğuna görə hədsiz narahat idi və onun yanında qalmaq istəmirdi. 
Cimmiyə xəritə gətirmək də tapşırılmışdı, o, bunu da əldə etdi, amma xəritə işə yaramadı. Sözünü tutan FBİ onu azad buraxdı.
Lerinin 2-dən çox cinayət işlədiyindən şübhələnirdilər. Bunlardan bəziləri olduqca yaxşı zaman kəsimlərində idi. 1981-ci ildə Miçiqanda məktəbdən itən 15 yaşlı Din Meri də qeyb olmuşlar siyahısında idi. İdman zalından çıxıb ayaqyoluna gedən qızı anası gözləmiş, qız bir də qayıtmamışdı. Bir ehtimala görə, sevdiyi oğlan onu qorxutmaq üçün maşını üstünə sürmüş, maşın buzda sürüşmüş və qızın həyatın itirmişdi və guya oğlan qızı istəmədən öldürmüş, gizli basdırmışdı. Amma bu ehtimallar təsdiqini tapmayıb. Cinayətin səbəbkarı kimi gözlər Lerinin üzərində oldu. 
1982-ci ildə 12 yaşlı Debora yaşadığı yerdə(İndianada) yoxa çıxdı. Əvvəlcə onun evdən getdiyini düşünürdülər. Amma 2 il sonra bacısı Frensis də yoxa çıxdı və cəsədi tapıldı. 1999-cu ildə cinayətdə Deboranın sevgilisi və anasının əli olduğu təsdiqləndi.  Anası artıq ölmüşdü, sevgisi heç tapılmadı. Onun Leri olduğunu iddia etdilər. 1985-ci ildə Cenifer Li Şmit adlı universitet tələbəsi yoxa çıxdı. O, 19 yaşında idi və cəsədi heç vaxt tapılmadı. 

      Eyni ildə Marsi adlı başqa bir qadın da itdi. 24 yaşında və 4 övlad anası idi. Cəsədi İndiana yaxınlığındakı körpünün yanında tapıldı. 
1986-cı ildə Ceyn Do(şəxsiyyəti müəyyənləşməyən cəsədlərə verilən şərti ad- red.A.S.) ləqəbli Mayl Çavesin cəsədi tapıldı. 
Eyni ildə Kimberli Enn Tomsen itdi və cəsədi əsla tapılmadı. 
      1987-ci ildə Linda yoxa çıxdı, bədəni 3 həftə sonra tapıldı. Həmin il Diana, 3 ay sonra Vendi, 1988-də Paula, ondan 4 ay sonra Sindiya, 1989-cu ildə isə Peni adlı qız yox olmuşdu. 
     Bu qadınların bir ortaq cəhəti vardı - hamısı 25 yaşdan gənc, qəhvəyi, uzun saçlı idilər...

           Leri həbsxanada cəzasını çəkməkdədir...







AYGÜN SADİQ,
ATİA.AZ


Tarix: 30-10-2023, 09:19 Oxunub: 636


Bölməyə aid digər xəbərlər